MENYU · XİDMƏTLƏR · MƏHSUL KATALOQU
Restoranınız üçün QR menyu. İdarəetmə bir paneldə.
Restoran və kafeniz üçün QR menyu hazırlayın. PDF və şəkilləri Menu Ai ilə oxudun və ya Excel import edin, nəticəni yoxlayın və menyunu paneldən idarə edin.
- QR ilə açılır
- Mobilə uyğun
- Paneldən idarə
Müştəriniz QR kodu oxudur. Kataloq brauzerdə açılır.
Sizin biznesinizə uyğun
GÜNDƏLİK İŞİNİZ ÜÇÜN
Kataloqdan sifarişə, bir paneldə.
Biznes sahənizi ayrıca seçin, təqdimatınızı menyu, xidmətlər və ya məhsul kataloqu kimi qurun.
Hazır fayldan başlayın
Şəkil və PDF-i Menu Ai ilə oxudun və ya Excel yükləyin. Kateqoriya, qiymət, əlavə və variantları saxlamazdan əvvəl yoxlayın.
Menu Ai ilə hazırlayın
Məhsul təsviri və şəkli yaradın. Seçilmiş şəkil üslubu ilə ardıcıl təqdimat qurun, nəticəni bəyəndikdən sonra tətbiq edin.
Qiymət və seçimləri idarə edin
Ölçülər, variantlar, əlavələr və endirimləri təşkil edin. Mövcud kataloqu yeniləyərkən dəyişəcək sahələri seçin.
Brendinizə uyğunlaşdırın
Tema, rəng, şrift, loqo və örtük şəklini seçin. Dəyişiklikləri telefon önizləməsində yoxlayın.
Dillər və əlaqə bir yerdə
Kataloq dilləri, iş saatları, telefon, sosial hesablar və Google Maps keçidini biznesinizə uyğun doldurun.
Sifarişləri izləyin
Aktiv etdiyiniz sifariş növlərini paneldən idarə edin. Yeni sifarişləri izləyin, statusları dəyişin və qəbzi açın.
İmkanlar seçilmiş tarifə və hesabınızda aktiv olan ayarlara görə dəyişir. Menu Ai əməliyyatları kreditlə hesablanır. Tarifləri müqayisə edin
BAŞLAMAQ ASANDIR
Üç addımda paylaşmağa hazır olun.
Biznesinizi yaradın
Biznes sahəsi, təqdimat növü və əsas məlumatları tamamlayın.
Kataloqunuzu hazırlayın
Əl ilə əlavə edin, import edin və ya Menu Ai-dən istifadə edin.
Yoxlayın və paylaşın
Görünüşü telefonda yoxlayın, linkinizi və QR kodunuzu paylaşın.
Təqdimatı şəkildən daha irəli aparın.
Məhsul qalereyası, video və hazır 3D/AR faylları ilə daha ətraflı təqdimat qurun. AR görünüşü uyğun telefon və model faylı tələb edir.
QR keçidinizə fiziki yer verin.
QR stendlərə baxın, biznesinizin kataloquna keçidi masa və ya xidmət nöqtəsinə yerləşdirin.
QR stendlərə baxınAbunəlik tarifləri
Biznesinizə uyğun planı seçin.
Blog
İmkanları işinizdə tətbiq edin.
İmport, məhsul təqdimatı və kataloq idarəsi üzrə praktik təlimatlar.
Menu AI ilə vahid məhsul üslubu: təsvir və şəkilləri necə hazırlamalı?
Yaxşı məhsul təqdimatında şəkil və təsvir eyni hekayəni danışmalıdır. Menu AI sizə mətn və şəkil layihəsi hazırlamağa kömək edir. Son qərar isə s...
Yazını oxuExcel ilə kataloq hazırlamaq: qiymətlər, variantlar və şəkillər
Excel kataloqu toplu hazırlamaq və mövcud məlumatları müqayisə etmək üçün rahat üsuldur. Menu-in-də sadə şablondan başlaya və ya mövcud kataloqu...
Yazını oxuŞəkil və PDF-dən kataloqa: Menu AI ilə import addım-addım
Hazır menyu şəkliniz və ya PDF qiymət siyahınız varsa, hər məhsulu yenidən yazmağa ehtiyac qalmaya bilər. Menu AI fayldakı məlumatları oxuyub yox...
Yazını oxuFAQ
Başlamazdan əvvəl bilmək istədikləriniz.
Fayllar, yeniləmələr, Menu Ai və paylaşma haqqında cavablar.
Bütün suallarMenu-in yalnız restoranlar üçündür?
Xeyr. Restoran/kafe, otel, salon, mağaza, təkər mərkəzi, quru təmizləmə, tibbi ləvazimatlar və digər bizneslər üçün istifadə oluna bilər. Biznes sahəsini ayrıca, təqdimat formasını isə menyu, xidmətlər və ya məhsul kataloqu kimi seçirsiniz.
Hazır PDF və ya şəkildən kataloq yarada bilərəm?
Excel ilə şəkil, əlavə və variant yükləmək mümkündür?
Bəli. Sadə şablonda əsas məhsul məlumatları, ayrıca vərəqlərdə əlavə və variantlar doldurulur. XLSX-də Şəkil sütununa sətir üzrə bir JPG, PNG və ya WebP şəkli xana üzərində obyekt kimi yerləşdirə bilərsiniz. Şəkil URL-ləri, IMAGE funksiyası və xanadaxili xüsusi şəkillər dəstəklənmir. Yükləmə limitləri paneldə göstərilir.

Yalnız qiymətləri yeniləsəm, şəkillər və təsvirlər dəyişəcək?
Qiymət yeniləmə rejimi qiymətləri dəyişir, mövcud şəkil və təsvirləri qoruyur. Daha geniş yeniləmədə dəyişəcək sahələri önizləmədə seçirsiniz. Excel şəkilləri üçün mövcudu saxlamaq, əvəz etmək və ya keçmək seçimi var.
Menu AI krediti necə hesablanır?
Şəkil/PDF importunda hər şəkil və hər PDF səhifəsi 1 kreditdir. Təsvir və şəkil yaratma qiyməti əməliyyat düyməsində göstərilir. Kreditlər admin tərəfindən, uyğun abunəlikdən və satışa açıq paketlərdən verilə bilər. Alış imkanı aktiv ödəniş üsullarından asılıdır. Excel importu AI krediti istifadə etmir.
Dizaynı yadda saxlamadan görə bilərəm?
Biznes yaratma və redaktə formasında tema və görünüş seçimlərini telefon önizləməsində yoxlaya bilərsiniz. Yadda saxladıqdan sonra yayımlanan kataloqu da telefonda açın. Loqo, örtük, rəng və şrift seçimləri ilə təqdimatı brendinizə uyğunlaşdırın.
Restoran menyunuz üçün imkanlar
Hazır fayldan başlayın, menyu dillərini hazırlayın və kateqoriya endirimlərini idarə edin. Addımları və nümunələri araşdırın.
PDF, şəkil və Excel-dən menyu importu
PDF və menyu şəklini Menu Ai ilə oxudun və ya Excel import edin. Kateqoriya, qiymət və variantları yoxlayıb restoran menyunuzda saxlayın.
Ətraflı baxınRestoran üçün çoxdilli QR menyu
Menyu dillərini seçin, məhsul adlarını, təsvirləri və kateqoriyaları tərcümə edib yoxlayın. Restoranın QR menyusunu paylaşmazdan əvvəl hər dilə baxın.
Ətraflı baxınMenyu kateqoriyalarında endirimlərin idarəsi
Menyu kateqoriyalarına ayrı endirim faizi daxil edib dəyişiklikləri birlikdə saxlayın. Alınan qiymətləri restoranın QR menyusunda yoxlayın.
Ətraflı baxınMENU-IN
Kataloqunuz biznesiniz qədər səliqəli olsun.
Biznesinizi əlavə edin, ilk məhsuldan başlayın və nəticəni özünüz yoxlayın.